İki qohumunu bıçaqlayan qatil 6 il cəza aldı
6 Noyabr 2012 17:17 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Xanlar Qurbanovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Xanlar Qurbanov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, X.Qurbanov bibisi oğlu və qaynı Elşad Əliyevi bıçaqlayaraq öldürmək istəyib. Hadisə bu il aprelin 29-da Nərimanov rayonunda baş verib. Yaralı E.Əliyevə vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub. X.Qurbanovu Nərimanov rayon 17-ci polis bölməsinin əməkdaşları tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31