"Azəriqaz"ın məsul əməkdaşının evi qarə edildi

Külli miqdara pul və qızıl-zinət əşyaları oğurlanıb. Bakının Suraxanı rayonu ərazisində "Azərqaz" QSC-nin məsul əməkdaşının evi qarət olunub. Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən Milli.Az-a verilən məlumata görə, naməlum şəxslər Bülbülə qəsəbəsi, İlqar Məmmdov küçəsi, ev 97-də yaşayan Hacı Şahbazovun evinə soxularaq oğurluq ediblər. Evdən 6 min manat və 30 min manat dəyərində qızıl-zinət əşyaları aparılıb.
Hadisə evin sakinlərinin dünən saat 12:00-dan 20:00-dək müddətə evdə olmadığı vaxt törədilib. Ev sahibləri axşam evə qayıdarkən evin alt-üst edilməsinin şahidi olublar. 
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdşaları araşdırmaya başlayıblar. Oğurluq törədən şəxslərin tutulması istiqamətində əməlliyat-axtarış tədbirləri aparılır.

Zərərçəkimiş Hacı Şahbazov Suraxanı Rayon Qaz İstismarı Sahəsinin rəisidir. O, əvvəllər isə Nərimanov Rayon Qaz İstismarı İdarəsinin rəisi işləyirb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31