Bacıqızının biznes-lediyə qarşı 100 minlik cinayətinin TƏFƏRRÜATI
6 Noyabr 2012 16:11 KriminalBakının Xətai rayonunda 100 minlik cinayət törədilib.Bacıqızının 100 minlik cinayətinin təfərrüatları məlum olub. Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsindən Milli.Az-a bildirildi ki, xalasının evini yaran 24 yaşlı bacıqızı Şəhla Ağayeva ilkin dindirmə zamanı bildirib ki, xalasının qızıllarını ondan heyf çıxmaq üçün oğurlayıb.
Fikrini xalasının ona diqqətsiz yanaşması, anasının isə Rusiyada olması ilə əsaslandırıb. O, üç nəfərə aid olan qızılları apararaq Xuraman Babayevanın evində gizlədib. Polis həmin qızılları götürərək zərərçəkmişə qaytarıb.Onu da əlavə edək ki, Minəxanım Eminova biznes-ledidir. Onun Bakının ən böyük ticarət mərkəzlərindən birində obyektləri var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31