Bakıda dəhşətli qətl - Ər arvadını əlləri ilə boğaraq öldürdü
21 İyun 2016 11:03 KriminalBakıda ağır qətl hadisəsi baş verib.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə iyunun 20-də axşam saat 21: 30-radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib.
Belə ki, rayonun Qaraçuxur qəsəbəsində yaşayan Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində əlləri ilə boğaraq öldürüb.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31