Tovuzda gizli qadın alveri edən qadın ifşa olundu

O, gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb edirmiş

Tovuz rayonunda həmcinslərini fahişəliyə cəlb edən qadın ifşa olunub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Tovuz rayon sakini Elnurə Bayramova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.
Əməliyyat-axtarış tədbirlərini isə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31