Ata qəza törətdi,oğlu öldü

İsmayıllı rayon sakini Göyçayda maşınını aşırıb

Göyçay rayonunda uşaq ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, ötən gün saat 23.40 radələrində Göyçay rayonunun Qaraməryəm kəndi ərazisində, İsmayıllı rayon sakini Qurban Hüseynov "VAZ-2107" markalı avtomaşını idarə edərkən, onu aşırıb. Nəticədə sərnişini, oğlu 9 yaşlı Süleyman hadisə yerində ölüb. Özünə və digər sərnişininə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31