Bakıda 2 yaşlı uşaq ailəsini yasa batırdı

O, dərmanı konfet bilərək yeyib. Bakının Suraxanı rayonunda azyaşlı uşaq ailəsini yasa batırdı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı rayon sakini 2 yaşlı Fəridə Həsənova evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 
Suraxanı Rayon Prokurorluğunun işi araşdıran müstəntiqi Məhərrəm Əzizbəyov Milli.Az-a bildirdi ki, uşaq valideynlərinin gözündən yayınaraq dərmanı konfet bilərək yeyib. Valideynlər təcili yardım çağırıb, onu xəstəxanaya çatdırsalar da, gec olub. Hazırda ölüm faktı prokurorluq tərəfindən araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31