54 yaşlı qadın vəhşicəsinə döyüldü

Qadını döyən şəxs sonradan hadisə yerindən qaçıb

Ötən gün günorta saatlarında Bakının Yasamal rayonu ərazisində 54 yaşlı qadın vəhşicəsinə döyülüb. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Şərifzadə 193 ünvanında 1958-ci il təvəllüdlü Adilə Əhmədova naməlum şəxs tərəfindən ölümcül döyülüb. Hadisə günün günorta çağı baş versə də, qadının harayına gələn olmayıb. Adilə Əhmədovanı döyən şəxs sonradan hadisə yerindən qaçıb. Qadın isə ağır vəziyyətdə Travmotologiya və Ortopediya Elmi Tədqiqat İnstitutuna yerləşdirilib.

Hazırda polis qadını döyən şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31