Xalasının 100 min dollarlıq qır-qızılını oğurladı!

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 4-də M.Hadi küçəsində yaşayan Minəxanım Eminovanın mənzilindən 100 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb.Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsini əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəhla Ağayeva və Xuraman Babayeva noyabrın 5-də tutulublar.Onu da əlavə edək ki, cinayəti törədənlərdən biri zərərçəkmişin bacısı qızıdır. Hadisə barədə ətraflı məlumat az sonra veriləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31