5 ayın gəlininin meyidi tapıldı....

Aişə İsmayılovanın cəsədi sudan çıxarılıb

Şabran rayonunda Samur-Abşeron kanalına düşərək boğulan 19 yaşlı gəlinin axtarışları başa çatıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kanalın Şabran rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Aişə İsmayılovanın cəsədi tapılaraq sudan çıxarılıb.Qeyd edək ki, hadisə qadının atası evinə getdiyi zaman baş verib. Belə ki, o atası evində olarkən ürəyi bulandığını deyib və kanalın kənarına gedib. Sonradan onun ayaqqabısı və saç sancağı kanalın yanından tapılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31