Avtomobil qəzasına düşən azərbaycanlı müğənni danışdı

"Bu şoku özüm yaşadım".

Milli.Az olaraq xəbər vermişdik ki, ötən gün populyar estrada müğənnisi və gitara ifaçısı Çingiz Mustafayev avtomobil qəzasına düşüb.Əməkdaşımızla telefon söhbətində məlumatı təsdiqləyən müğənni dünənki günü xatırlamaq istəmir:"Bu şoku özüm yaşadım. Bəli, avtomobildə tək idim. Əsas odur ki, salamatçılıq oldu. Əyləc yaxşı işləmədiyindən idarəetməni itirdim. Avtomobilim elə də ciddi zədələnməyib. Ən qısa zamanda yenidən sükan arxasına keçəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31