Vəkil İlyas Əliyevi Moskvada asdılar

25 yaşlı vəkil İlyas Əliyevin asılmış meyidi Moskvanın Lefertovo rayonundakı kooperativ qarajda tapılıb.

25 yaşlı vəkil İlyas Əliyevin asılmış meyidi Moskvanın Lefertovo rayonundakı kooperativ qarajda tapılıb.

Virtualaz.org bildirir ki, məlumatı life.ru saytı yayıb.

Məlumatda deyilir ki, onun bədəninə baxış keçirilərkən qarın nahiyəsində yara izi aşkarlanıb. Müstəntiqlər qətl və intihar versiyalarını araşdırırlar.

"Avtomobil trosundan asılmış meyidi görən şahidlər polisə çağırılıblar. Onun qarnında dəri kəsikərinin izi olub", - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Kriminalistlər isə deyiblər ki, İ.Əliyev canını meyit aşkarlanmamışdan üç saat əvvəl tapşırıbmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31