“Access” Bankın əməkdaşına cinayət işi başlandı

Zaur Yusifov vətəndaşların 11 min 800 manatını mənimsəyib

Azərbaycanda "Access"Bankın əməkdaşı barədə cinayət işi başlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Qazax rayonunda baş verib. Cari ilin fevral-aprel ayları ərzində Qazax rayonu ərazisindəki "Access" bankın kredit şöbəsində nəzarətçi işləyən Ağstafa rayon sakini Zaur Yusifov həmyerliləri Nazim Mustafayevin, Lətafət Yusifovanın, Məzahir Yusifovun və Rəhman Abdullayevin etimadlarını qazanaraq onlara verdiyi kreditin müəyyən hissəsini ( ümumilikdə 11800 manat) pullarını mənimsəyib. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31