Cahangir Hacıyevin xanımı həbs edildi
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva həbs edilib
11 İyun 2016 15:27 KriminalBeynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva həbs edilib
Bu haqda Basta.info-ya məlumat verən etibarlı mənbə bildirib ki, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Onun həbsi barədə təqdimat isə Baş prokurorun müavini Rüstəm Usubov tərəfindən verilib.
Zamirə Hacıyeva korrupsiyada - Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.
Xatırladaq ki, ABB-nin keçmiş prezidenti Cahangir Hacıyev onunla birlikdə tutulan generallaardan fərqli olaraq, öz hüquqlarını fəal müdafiə edirdi. Müşahidəçilərin qənaətinə görə, Cahangir Hacıyevin həyat yoldaşının həbsi onun susdurulmasına hesablanıb.