Ukraynada orqan ticarəti ilə məşğul olan cinayətkar qrup həbs edilib

Ukraynanın Təhlükəsizlik Xidməti böyrək ticarəti ilə məşğul olan cinayətkar qrupu həbs edib. "Azadinform" "Lenta.ru"ya istinadən xəbər verir ki, qrupun 34 yaşlı rəhbəri aşağı gəliri olan ən azı 7 ukraynalını öz böyrəyini 10 min dollara Şri-Lanka, Kosta Rika və Ekvador xəstəxanalarında satmağa razı salıb. Əməliyyatlar 2011 və 2012-ci illərdə olub.
Cinayətkar qrupun rəhbəri Kiyev hava limanında böyrəyini satmaq istəyən iki yeni potensial satıcı ilə birlikdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31