Narkomafiya üzvləri cəzasını sonadək çəkməlidir
Dəstə üzvlərinin cəzası azaldılmadı
14 May 2012 18:46 KriminalBakı Apelyasiya Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İran İslam Respublikasının vətəndaşı Ehtiram Novruzi, Azərbaycan vətəndaşları - Cəlal Adışov və Cəmşid Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Məhkəmədən "OLAYLAR"a verilən məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.Təqsirləndirilən şəxslər ötən ilin mayın 24-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.