“Koroğlu” MMC-nin şərlədiyi işçisi bəraət aldı

Məhkəmə Salaməli Allahverdiyevi təqsirsiz hesab edib

Bakı Ağır Cinayətlər Məhkəməsində "Koroğlu" MMC-nin əməkdaşı Salaməli Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib.  Prosesdə cinayət işi üzrə hökm elan edilib. Məhkəmə Salaməli Allahverdiyevin cinayətini sübuta yetirməyib və onun barəsində bəraət hökmü çıxarıb.Salaməli Allahverdiyev uzun müddət Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə axtarışda olub. O, 2010-cu il fevralın 6-da tutulub. Salaməli Allahverdiyev "Koroğlu" MMC-nin sabiq əməkdaşıdır. O, çalışdığı şirkətdən külli miqdarda pul mənimsəməkdə təqsirli bilinirdi. Təqsirləndirilən şəxs "Koroğlu"MMC-nin direktoru Tahir Əliyevin şikayəti əsasında həbs edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31