2 nəfərin ölümünə səbəb olan qəzaya görə 5 il cəza
14 May 2012 18:41 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayonunda iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi törədən Toğrul Məmmədovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Toğrul Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, 2011-ci il avqustun 30-da Bakı-Qazax yolunun Kürdəmir rayonu Atakişili kənd ərazisindən keçən 201,5-ci km-də Şəmkir rayon sakini Toğrul Məmmədov Bakı şəhər istiqamətində idarə etdiyi "Tofaş-Şahin" markalı, 10 MT 584 dövlət qeydiyyat nişanlı minik avtomobili əks istiqamətdə hərəkət edən Qəbələ rayon sakini Əzrullah Həsənovun idarə etdiyi "KamAZ-5511" markalı, 10 TP 269 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxası ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər - Yevlax rayon sakini, Faiqə Hacıyeva və Şəmkir rayon sakini Fərqanə Əsgərova Fərqanə hadisə yerində ölüb, sürücü Toğrul Məmmədov və digər sərnişin - Şəmkir rayon sakini Sara Məmmədova xəsarət alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Istintaq araşdırmalar zamanı Toğrul Məmmədov yol qəzasının törədilməsində təqsirli bilinib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Toğrul Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.