Fərarinin apellyasiya şikayəti rədd edildi

Şirvan Apelyasiya Məhkəməsində dələduzluqda və digər ağır cinayətlərdə ittiham olunan Azərbaycan ordusunun hərbi qulluqçusu Kamran İsrafilovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.
Kamran İsrafilov Füzuli Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan. məhrum etmə cəzası və 1040 manat cərimə cəzası təyin edilib. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) və 333.3-cü (zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin üç gündən çox olduqda) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31