Piyadanı vuran sürücü avtomobili kanala aşırıb
Sürücü qəzadan sağ çıxa bilib
5 Noyabr 2012 16:42 KriminalSabirabad rayonunda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Nəhməd Nəhmədov "QAZel" markalı avtomaşını idarə edərkən, yolun kənarında dayanan kənd sakini Ramiq Əliyevi vurub. Daha sonra Nəhməd Nəhmədov idarəetməni itirdiyindən avtomaşını kanala aşırıb.
Nəticədə piyada aldığı xəsarətdən ölüb. Yaralanan sürücü isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb. Avtomaşın kanaldan çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31