Bakıda insanlığa sığmayan ailə zorakılığı - TƏFƏRRÜAT
Gənc oğlan əmisini ölümcül hala saldı, əmisi oğlu onun başını kəsmək istədi
5 Noyabr 2012 15:47 KriminalNoyabrın 4-də Bakı şəhərinin Qaradağ rayonunda dava olub. 11-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Səngəçal qəsəbəsi ərazisində Qobustan qəsəbə sakini Şair Vəliyev əmisi Xoşbəxt Vəliyevi vəhşicəsinə döyüb. Bundan sonra hadisə yerinə gələn X.Vəliyevin oğlu Malik əmisi oğlu Şairlə dalaşıb. O, özü ilə gətirdiyi bıçaqla Ş.Vəliyevin boğazını kəsib. Ş.Vəliyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
M.Vəliyev isə hadisə yerindən qaçıb. Hazırda polis baş vermiş olayın səbəbini müəyyənləşdirmək və günahkarı üzə çıxarmaq istiqamətində iş aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31