Bakıda ağır avtobus qəzası: gəlin və qayınanası öldü
5 İyun 2016 13:11 KriminalBakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Bakı-Ucar magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Natiq Hacıağa oğlu Yəhyayevin idarə etdiyi "İsuzu" markalı 10- TF- 386 dövlət nömrə nişanlı sərnişin avtobusu qarşıdan gələn 1980-cı il təvəllüdlü Ramin Ələddin oğlu Əmiraslanovun idarə etdiyi 99- ED- 605 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub.Qəza nəticəsində zərbənin təsirindən minik maşını deformasıyaya uğrayıb və avtomobildə olan sərnişinlər- Şəmkir rayonunun Təzəkənd kənd sakinləri - 1954-cü il təvəllüdlü Nanə Məmməd qızı Əmiraslanova və 1983-cü il təvəllüdlü Röya Rasim qızı Əmiraslanova aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və deformasiyaya uğramış maşının içərisində olan 2 sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Ölənlərin sürücünün anası və həyat yoldaşı olduğu bildirildi.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.