Cəlilabadda 17 yaşlı qız intihar edib
3 İyun 2016 18:05 KriminalBu gün Cəlilabadda intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Cəlilabad şəhərinin Azərbaycan küçəsində yaşayan 1999-cu il təvəllüdlü Səbinə Ümidvar qızı Quliyeva evlərinin birinci mərtəbəsində özünü iplə asaraq intihar edib. 17 yaşlı qızın özünü hansı səbəbdən öldürdüyü hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31