Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Bəhruz İldırım oğlu Həsənov polisə ərizə ilə müraciət edərək Mahir adlı şəxsin onu aldadaraq 37 min manat pulunu mənimsədiyini bildirib.
Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31