Bakıda bıçaqlama hadisəsi baş verib

Xəzər rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də Bakı şəhər sakini Emil Xəlilova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş şəxs saxlanıb. Onun paytaxt sakini Elman Quliyev olduğu müəyyən edilib. Faktla bağlı araşdərma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31