Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

Müğənninin idarə etdiyi avtomobil ağaca çırpılıb.Milli.Az-a daxil olan məlumata görə, noyabrın 5-i, saat 00:30 radələrində müğənni Çingiz Mustafayev idarə etdiyi "Audi A6" markalı avtomobildə qəzaya uğrayıb.
Hadisə şahidlərinin birinin dediyinə görə, hadisə paytaxtın Zorge parkının yaxınlığında baş verib. Vaqif prospektində yolun sol hissəsinə keçmək istədiyi vaxt avtomobil müğənnininidarəetməsindən çıxaraq səkiyə çıxıb, sonra isə ağaca çırpılıb.
Hadisə şahidlərinin bildirdiklərinə görə, Çingiz avtomobildə tək olub və xoşbəxtlikdən, xəsarət almayıb.
Qeyd edək ki, bu, müğənninin düşdüyü ilk avtomobil qəzası deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31