Bakı şəhərində transformator yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, şəhərin Binəqədi rayonunda vətəndaşa məxsus sexin ərazisində gücü 400 kVt olan transformatorun yanar hissələri yanıb. Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31