“Mersedes” aşdı, sürücü dünyasını dəyişdi

Qobustan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyunun 1-də saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qəsəbə sakini Məlik Aslanov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırmış və hadisə yerində ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31