Keçmiş məhkum cibgirliyə görə yaxalandı

Cari il may ayının 23-də Bakı şəhər sakini Əliəkbər Heydərov Metropolitendə Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin gün metronun "Nizami" stansiyasında içərisində 150 manat və sənəd olan pul kisəsini itirməsini bildirib. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən iyunun 1-də metronun "Memar Əcəmi" stansiyasında şübhəli şəxs kimi saxlanılmış Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Süleymanovun üzərinə baxış zamanı içərisində sənəd olan pul kisəsi aşkar edilərək götürülüb. Araşdırma zamanı sənədin Əliəkbər Heydərova məxsus olması müəyyən edilib və R.Süleymanov izahatında qeyd edilən sənədi və pul kisəsini cari il may ayının 23-də metronun "Nizami" stansiyasında tanımadığı şəxsin cibindən oğurlamasını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31