Abşeronda 2 nəfər su quyusunda boğulub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:03-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31