Azərbaycanda 5 ayın gəlininin dəhşətli faciəsi

5 ayın gəlini Samur-Abşeron kanalında boğulub.Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, hadisə kanalın Şabran şəhəri ərazisindən keçən hissəsində ötən gün saat 19:15 radələrində baş verib. 19 yaşlı Şabran sakini İsmayılova Ayşən Malik qızı Samur-Abşeron kanalında boğulub.
Hazırda meyitin tapılması üçün kanalın suyu kəsilib və əraziyə FHN-nin Şimal Regional İdarəsinin əməkdaşları cəlb olunublar.
Hadisə şahidlərinin dediklərinə görə, Ayşənin suya düşdüyü yerdə saçına vurduğu sancaq və ayyaqqabısı tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları da gəliblər.
Ayşən İsmayılova 5 ay öncə gəlin köçüb. Qohumlarından aldığımız məlumata görə, ailəsində problem yaşanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31