Salyanda avtomobilin vurduğu azyaşlı xəstəxanada ölüb
2 İyun 2016 12:19 KriminalSalyan rayonunda avtomobilin vurduğu azyaşlı ölüb. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, may ayının 30-da Salyan rayonunun Boranıkənd kəndində Şorsulu kənd sakini Mahir Hüseynov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu keçən kənd sakini, azyaşlı Nurlan Zabillini vurub. Xəstəxanaya yerləşdirilmiş N.Zabilli iyunun 1-də orada ölüb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31