Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini Rüfət Hacıyev polisə ərizə ilə müraciət edərək Çingiz Kəngərli adlı şəxsin onu aldadaraq 83 min ABŞ dollarını mənimsədiyini bildirib. Daxil olan şikayət əsasında araşdırmalara başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31