Ağdamda 3 uşaq anası olan 22 yaşlı qadın intihar edib
1 İyun 2016 18:56 KriminalAğdamda intihar hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Üçoğlan ərazi nümayəndəliyinin Alıbəyli kəndində qeydə alınıb. Həmin kənddə yaşayan 1994-cü il təvəllüdlü Axundova İlahə Maşallah qızı həyətlərində olan yardımçı tikilidə özünü asaraq intihar edib. Ailəli olan İlahə Axundovanın iki qızı, bir oğlunun olduğu bildirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın səbəbini araşdırırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31