Avtomobilin vurduğu piyada ölüb

Xəzər rayonunda ğlümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, mayın 31-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Samir Əliyev idarə etdiyi "Chevrolet" markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhim Orucovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31