Saatlı sakinindən 18 kq narkotik vasitə götürülüb
1 İyun 2016 16:05 KriminalSaatlı sakinlərindən külli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-dən verilən məlumata görə, Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Famil Nərimanovun və Eldəniz Nərimanovun həyətyanı sahələrindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi müvafiq olaraq 8 kiloqram olan 22 ədəd və 10,2 kiloqram olan 20 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31