Mağazadan oğurluq edən yaxalanıb
1 İyun 2016 16:02 KriminalMayın 23-də Biləsuvar rayon sakini Mübariz Mustafayevə məxsus mağazadan oğurluq edilib. Mağazadan noutbuk, ərzaq məhsulları, tütün məmulatı və danışıq kartları oğurlanıb. DİN-dən verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Mahir İmanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun matın 2-də rayon sakini F.Gözəlova məxsus evdən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31