Dustaq yoldaşını vuran şəxsin cəzası artırıldı
1 İyun 2016 15:35 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Famil Qədirovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Report bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Qədirov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssəsində baş verib. F.Qədirov dustaq yoldaşı Raqif Məmmədovu stulla vurub.
O, Cinayət Məcəklləsinin (CM) 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, F.Qədirov əvvəllər CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlam) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.