Bakıda vətəndaşa qarşı 118 min manatlıq dələduzluq edilib

Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Rauf Cavanşir oğlu Sadıxov polisə ərizə ilə müraciət edərək Nadir Şıxzadə oğlu Babayevin iş qurmaq adı ilə onu aldadaraq 118 min 700 manat pulunu mənimsədiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31