Şirniyatın içərisindən silah çıxdı

Türkiyədən Yəmənə göndərilən şirniyat qutularının içərisindən silah-sursat çıxıb. "OLAYLAR"-ın Türkiyə mətbuatına istonadən verdiyi xəbərə görə, Yəmən Müdafiə Nazirliyinin internet səhifəsində yer alan məlumata görə, silah-sursat Türkiyədən Yəmənə qaçaq yolla dəniz nəqliyyatı vasitəsilə gətirilib.  Silah-sursatın Yəməndə siyasi sabitliyi pozmaq məqsədilə göndərildiyini iddia edən nazirlik faktla bağlı araşdırmaların başladığını bildirib. Bu arada Türkiyə Xarici İşlər Nazirliyi də məsələnin araşdırıldığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31