Prokuror şirkətin satış menecerinə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nataxtari" limonadlarının satışı ilə məşğul olan "EVE-S" MMC-də satış meneceri vəzifəsində işləmiş Orxan Siyabovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror  O.Siyabovun  9 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib. Məhkəmə prosesi iyinun 8-də davam edəcək.                                                           

Qeyd edək ki, O. Siyabov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilir. Onun 15 min manatdan çox pulu mənimsədiyi bildirilir. İstintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31