Oğruların digər əməlləri də ifşa edildi
31 May 2016 16:31 KriminalOğurluq etdiklərinə görə tutulmuş Ağcabədi rayon sakinləri Arif Hüseynovun, Rövşən Əliyevin, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Ağcabədi RPŞ və Ağdam RPŞ əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. DİN-dən verilən məlumata görə, onların 2014-cü il iyulun 27-dən cari il fevralın 10-dək olan müddətdə həmyerliləri Ramiz Səlimova məxsus 2 baş inəyi, Əli Ələsgərova məxsus 2 baş qoyunu, Etibar Şirinova məxsus 27 baş qoyunu, Məmməd Abışova məxsus 2 baş inəyi, Təbriz Bayramova məxsus 2 baş inəyi, habelə Akif Zülfüqarovun həyətindən 2 baş inək, Eldəniz Orucova məxsus fermadan 1 baş inək oğurlamaları da müəyyən edilib. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31