“Mersedes”in vurduğu piyada ölüb

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, mayın 30-da saat 23 radələrində Kəpəz rayonu ərazisində Gəncə şəhər sakini Vüqar Seyfullayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Seymur İbrahimovu vurub. Nəticədə o, hadisə yerində ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31