Bakıda yenə uşaq oğurlandı
31 May 2016 16:29 KriminalBakıda 14 yaşlı uşağı oğurlayan şəxs 20 min manat tələb edib. "Olaylar" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.Nazirlikdən bildirilib ki, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlamış, qaytarılması müqabilində anası Afətdən 20.000 manat pul istəmiş və polisə məlumat verməməsini tələb edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə C.Qasımovun "VAZ-21154" markalı avtomobildə qaçırılması müəyyən edilib və qeyd edilən nəqliyyat vasitəsi Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Dövlət Yol Polisi İdarəsi və Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Azadlıq prospektində saxlanılıb. Sürücü - Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə törətdiyi əməli etiraf edib.Uşaq tapılaraq ailə üzvlərinə təhvil verilib.