Azərbaycanda 17 il həbsdə olan şəxs evində narkotik vasitələr becərdiyinə görə yenidən tutulub
Faktla bağlı cinayət işi açılıb
31 May 2016 11:56 KriminalMasallı sakininin həyətində narkotik xassəli bitkilər aşkarlanıb. "Report"un cənub bürosunun xəbərinə görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həyətində narkotik xassəli bitkilər becərən rayon sakinini saxlayıb. Daxil olan əməliyyat məlumatı əsasında Masallı RPŞ-nin əməkdaşları müxtəlif vaxtlarda ümumilikdə 17 il həbsdə olan, rayonun Köçəkli kənd sakini, 45 yaşlı İntiqam Teyyub oğlu Axundovun həyətyanı sahəsinə baxış keçiriblər. Onun həyətində aqrotexniki qaydada qulluq göstərilməklə becərilmiş 30 ədəd narkotik xassəsli bitki hesab olunan çətənə kolları aşkar edilib. Yaş kütlə halında olan narkotik xassəli bitki maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb.