BMT: Son həftə ərzində Aralıq dənizində 700 miqrant batıb

Son həftə ərzində Aralıq dənizində 700 miqrant batıb.

APA-nın xəbərinə görə, bu barədə BMT-nin Qaçqınların işi üzrə Agentliyi xəbər verib. Mayın 25-də miqrantlarla dolu gəminin batması nəticəsində 100, bir gün sonra baş verən qəzada isə daha 550 nəfərin itkin düşdüyü bildirilir.
 
27-də baş verən qəzadan sonra 45 nəfərin meyiti sudan çıxarılıb, 135 nəfəri xilas etmək mümkün olub. Onlar İtaliyanın Taranto və Potsalo limanlarına gətiriliblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31