Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 17 kv.m olan birmərtəbəli birotaqlı mənzildə 1 ədəd divan yanmışdır. Yanğınsöndürənlər çatana kimi yanğın vətəndaşlar tərəfindən söndürülüb. Evdə olan 1 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31