Xızıda tələbə və müəllimləri daşıyan avtobus aşdı
29 May 2016 22:20 KriminalXızıda avtobusun aşması nəticəsində yaralananların sayı 23 nəfərə çatıb, 2 nəfər ölüb.
"Report" xəbər verir ki, ölənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur.
Həyatını itirən digər müəllim qadındır.
Yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, 5 nəfər Sumqayıt şəhər Travmatologiya Təcili Tibbi Yardım Mərkəzinə, 1 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Məlumata görə, qəza tələbə və müəllimlər Altıağac qəsəbəsində istirahətdən Bakıya qayıdarkən baş verib.
Yaralılardan hələlik ikisinin adı məlum olub:
1951-ci il təvəllüdlü Mikayılov Çaylar Əryan oğlu,
1980-ci il təvəllüdlü Əliyeva İradə Sabir qızı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31