Jurnalist reportaj zamanı çayda boğuldu
29 May 2016 19:15 KriminalGürcüstanın GDS teleşirkətinin əməkdaşı Zviad Txelidze reportaj hazırlayarkən qəza nəticəsində həyatını itirib.
APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Z. Txelidze Deşet rayonundan reportaj hazırlayıb.
Jurnalist Xad kanyonunda dağ çayına düşən çəkiliş aparatını çıxarmaq istəyərkən suya düşüb. Z. Txelidzenin axtarışına 50 xilasedici cəlb edilib və bu gün cəsədi tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31