Ağcabədi və Tərtərdə silah-sursat tapılıb

Tərtər rayonunda silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə, Tərtər RPŞ əməkdaşları tərəfindən rayonun Hacıqərvənd kəndinin ərazisində kənd sakini Aftandil Muradova məxsus torpaq sahəsindən 1 ədəd partlamamış tank əleyhinə olan mərmi tapıblar. Ağcabədi RPŞ əməkdaşları tərəfindən isə rayonun Yuxarı Qiyaməddinli kəndinin ərazisindən 1 ədəd partlamamış top mərmisi aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31